"Xəzər TV"-yə yeni rəhbər- TƏYİN EDİLDİ
Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli Xəzər TV-dəki vəzifəsindən azad edilib.
Şamxal Həsənli bu gün kollektivlə sağollaşıb.
Ena.az xəbər verir ki, BakuPost-un əldə etdiyi məlumata görə, Şamxal Həsənlinin yerinə Xalq artisti, tanınmış şoumen Murad Dadaşov təyin edilib.
Xatırladaq ki, Şamxal Həsənli "Xəzər TV" MMC-nin prezidenti vəzifəsini icra edirdi.
Eləcə də bax: “Xəzər” TV-də vergi yoxlamalarına başlanıldı — Əli Həsənovun oğlu isə telekanaldan uzaqlaşdırıldı