“Xəzər” TV-də vergi yoxlamalarına başlanıldı — Əli Həsənovun oğlu isə telekanaldan uzaqlaşdırıldı
Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Xəzər TV-dən çıxarılıb.
ENA.az-ın Baku.ws istinadən verdiyi xəbərə görə, Şamxal Həsənli bu gün kollektivlə sağollaşıb.
Hazırda telekanalda vergi tərəfində yoxlamalar aparılır.
Onun əvəzinə hələlik təyinat olmayıb.
Xatırladaq ki, Şamxal Həsənli “Xəzər TV” MMC-nin prezidenti vəzifəsini icra edirdi.