Azərbaycanda bu gün informasiya sistemlərində fasilələr yarana bilər - XƏBƏRDARLIQ
![](https://ena.az/uploads/news/2020-01/_ena_55ee4c07e4d0d3f280a5476cb_o.jpg)
Azərbaycanda bu gün informasiya sistemlərində qısamüddətli fasilələr yarana bilər.
ENA.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, qurum qeyri-iş günlərindən istifadə etməklə informasiya sistemlərində bir sıra yenilənmələri və profilaktik test işlərini həyata keçirir.
Bununla bağlı yanvarın 7-də saat 02:00-05:00 radələrində qısamüddətli fasilələr yarana bilər.
Qeyd edək ki, Agentlik Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturuna daxildir.