Bakının Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq
Bakının Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, “Koroğlu” metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
“ENA” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, məhdudlaşma 1 yanvar saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir. Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - məlumatda qeyd olunub.