Sosial iqtisadiyyat

BNA 1 milyon 390 min manatlıq müqavilə bağlayıb

Bakı Nəqliyyat Agentliyi Boya-rənglənmə və dəmirçi-çilingər sexlərini yaradır. Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs “Qara Dəniz” MMC ilə ümumi məbləği 1 milyon 390 min manat olan 3 müqavilə bağlayıb.

Müqavilələr “Boya-rənglənmə və dəmirçi-çilingər sexlərinin layihə-smeta sənədlərinin hazırlanması işləri”ni (54000 AZN), “Boya-rənglənmə və dəmirçi-çilingər sexlərinin tikinti işləri”ni (766000 AZN) və “Boya-rənglənmə və dəmirçi-çilingər sexləri üçün lazımi avadlıqlar” (570000 AZN) satın alınmasını nəzərdə tutur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)