Həbs edilən icra başçısının yerinə administrasiyadan onu göndərdilər - FOTO
Həbs edilən Ağstafa rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevi əvəzləmək üçün Prezident Administrasiyasından səlahiyyətli şəxs təyin edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, hazırda Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin baş məsləhətçi Nəsir Muxtarlı Ağstafa İcra başçısı vəzifəsini əvəzləyir.
N.Muxtarlı artıq icra hakimiyyətinin məsul şəxsləri, nümayəndəliklər və bələdiyyələrlə görüş keçirib, tapşırıq və tövsiyələrini də verib.
Qeyd edək ki, Nəsir Muxtarlı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini və bundan sonra Prezident Administrasiyasının (PA) baş məsləhətçi vəzifəsinə təyinat alıb.