Məhkəmə icra başçısı və müavinləri ilə bağlı - QƏRAR VERDİ
Dünən DTX əməkdaşları tərəfindən saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavinləri Ramiz Tatarovla Lalə Yaqubova barəsində məhkəmə qərar verib.
ENA.az xəbər verir ki, Nizaməddin Quliyevin işinə hakim Aytən Əliyevanın, müavinlərin işinə isə hakim Rəna Qafarovanın sədrliyi ilə baxılıb. İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsində sabiq icra başçısı və müavinləri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dekabrın 18-i Ağstafa icra başçısı Nizaməddin Quliyev, müavinləri Ramiz Tatarov, Lalə Yaqubova və Yevlaxın sabiq başçısı Qoca Səmədov saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Onu da əlavə edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Nizaməddin Quliyev tutduğu vəzifədən azad edilib.