Prezident icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Nizaməddin Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"ENA" xəbər verir ki, sərəncamla Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov korrupsiya əməllərinə görə DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Eləcə də bax: DTX həbs olunan icra başçısı və müavinini belə yaxaladı - ƏMƏLİYYAT VİDEOSU