Sənaye

Azərbaycanda istehsal edilmiş avtomobillərin sayı 2,6 dəfə artıb

Azərbaycanda 2019-cu ilin ilk 11 ayı ərzində 2072 ədəd minik avtomobili istehsal edilib.

ENA.az DSK-yə istinadla xəbər verir ki, istehsal edilmiş avtomobillərin hazırda 422 ədədi ehtiyatdadır, yəni hələki satınlamaya verilməyib.

Bildirək ki, minik avtomobili istehsalı ölkədə öncəki illə müqayisədə 2,6 dəfə artıb.

Ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə istehsal edilmiş minik avtomobillərinin sayı 794 ədəd idi.

Xatırldaq ki, ölkəyə bu müddət ərzində 36 061 ədəd minik avtomobili gətirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)