Gündəm

Rusiya, Ermənistan və Azərbaycanın nəqliyyat üzrə üçtərəfli görüş formatı müzakirə olunacaq

Azərbaycan, Rusiya və Ermənistanın nəqliyyat üzrə üçtərəfli görüşünün formatı müzakirə olunacaq.

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.

“Hələlik müzakirə edəcəyik. Çünki əgər söhbət dəmir yollarının bərpasından, regionda nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasından gedirsə, onda üçtərəfli danışıqlar aparmaq daha uyğundur”, – deyə o bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)