Vakansiyalar

AzerGold işçi axtarır - VAKANSİYA

Vakansiyanın adı: Ekologiya üzrə mütəxəssis (Balakən rayonu, Köhnəmədən sahəsi)

Əsas vəzifə və öhdəliklər:

• Ətraf mühitin mühafizəsi qaydalarının tətbiq edilməsi və inkişaf etdirilməsi;
• Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
• Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlərin aparılması;
• Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;
• Tullantıların idarə olunması;
• Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlanması və təlimlərin keçirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• İstehsalat sahələrində ətraf mühitin mühafizəsi normalarını, İSO 14001 beynəlxalq standarlarının tələblərini, tullantıların qanunvericiliyə və beynəlxalq standartların tələbinə əsasən idarə olunması qaydalarını bilməli;.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (müvafiq sahə üzrə);
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Ekologiya üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department