Almaniyanın Rəqabət Təşkilatı polad istehsalçılarını 646 milyon avro cərimələyib
Almaniyanın Rəqabət Təşkilatı (Bundeskartellamt) yerli polad istehsalçılarını qiymət məsələsində kartel sövdələşməsinə getməkdə təqsirli bilərək 646 milyon avro cərimələyib.
Bloomberg" agentliyininin verdiyi məlumatına görə, qanunsuz sövdələşmənin 2002-2016-cı illərdə qüvvədə olduğu bildirilir. Sahibkarlar cəriməni ödəməyə razılaşıblar.