Sosial iqtisadiyyat

Azərbaycana maral ətini satmaq istəyirlər

Taymır rayonu Azərbaycana maral əti ixrac etmyi planlaşdırır.

Bu məsələ Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussa ilə Taymır Dolqan-Nenes muxtar rayonunun rəhbəri Yevgeni Verşinin ilə görüş zamanı müzakirə olunub. Bu barədə qubernatorun saytı məlumat verir.

“Taymır rayonunun rəhbəri qubernatorun tapşırıqlarının icrası barədə hesabat verib. Xüsusilə, maral ətinin emalı məsələsi müzakirə edilib. 2020-ci il üçün illik 5 minə başa qədər maralın emalı imkanı ilə texnoloji xəttin açılışı nəzərdə tutulur”, – məlumatda qeyd olunur.

Öz növbəsində, Verşinin məruzə edib ki, gələcək istehsalın tədarükçüləri maralçılıq kənd təsərrüfatı müəssisələri olacaq.

“İstehsal müəssisəsinin açılışından sonra maral ətindən məhsulların illik satış bazarı Taymır rayonu, yay mövsümündə isə – Rusiyanın digər əraziləri olacaq. Artıq Azərbaycan, İran və Türkiyə məhsulların ixracı ilə maraqlanır”, – məlumatda deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department