Çinlilər yoxsullar üçün Land Cruiser hazırlayıb
Çin brendi Hengtian, Toyota Land Cruiser 200 yapon modelinin dizaynını xarici görünüşünə görə tamamilə təkrarlayan yeni ucuz qiymətli L4600 yolsuzluq avtomobilini istehsal etdiyini elan edib.
Eləcə də bax: Çində BMW avtomobilləri istehsal ediləcək - ZAVOD QURULUR
Hazırda avtomobil artıq yerli dilerlərə daxil olur. Büdcə yolsuzluğunu yapon orijinalından radiator barmaqlığı, həmçinin dəbli bamperləri və baş optika üzrə fərqləndirmək olar. Satışda 5-7-yerli salonla fərqlənən modifikasiyalar nəzərdə tutulub.
Avtomobil, həmçinin 286 at gücülü olan 4,6 litrlik benzin mühərrikinə malikdir. L4600 yolsuzluğu dəri salon, panoramik dam, dairəvi baxış kamerası və bir sıra digər variantları alıb.
©Ted.az