Avtomobil

Çində BMW avtomobilləri istehsal ediləcək - ZAVOD QURULUR

Almaniyanın lüks avtomobil istehsalçısı BMW və Çinli ortağı Great Wall Motor, Çində ildə 160 min avtomobil istehsal etmək gücündə olacaq yeni bir zavod qurmaq üçün razılaşıblar.

"ENA" xəbər verir ki, qurulacaq bu yeni zavodda BMW-nin MİNİ markası ilə elektromobil istehsal ediləcək. Həmçinin zavod Great Wall Motor-un inkişaf etdirdiyi modelləri də istehsal edəcəkdir.

650 milyon avro sərmayə ilə Zhangjiagang şəhərində qurulacaq və 3 min nəfərə məşğulluq təmin edəcək yeni zavodun inşası 2022-ci ildə tamamlanacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)