Azərbaycanın bütün ərazisində neft və qaz axtarılacaq
Azərbaycanda genişmiqyaslı geoloji kəşfiyyat işlərinin aparılması planlaşdırılır.
"ENA" xəbər verir ki, bunu, SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
O qeyd edib ki, SOCAR-ın təşəbbüsü və müxtəlif şirkətlərin iştirakı ilə Azərbaycanda planlaşdırılan genişmiqyaslı geoloji kəşfiyyat işləri layihəsi bütün ölkə ərazisini əhatə edə bilər və bunun sayəsində ölkəmizin neft və qaz potensialı tam dəqiqləşəcək.