Qeyri-Bank

"FİNCA Azerbaijan"ın aktivləri 6 dəfə azalıb

“FİNCA Azerbaijan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili 6 milyon 552 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2016-cı ildən 24 milyon 5 min manat xalis zərərlə çıxmışdı.

"BI" xəbər verir ki, ötən il “FİNCA Azerbaijan”ın gəlirləri 21 milyon 355 min manat, o cümlədən faiz gəlirləri 4 milyon 95 min manat, xərcləri 10 milyon 413 min manat, o cümlədən faiz xərcləri 2 milyon 917 min manat, xüsusi ehtiyatlara ayırmaları 895 min manat, mənfəət vergisi ödəmələri isə 3 milyon 495 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “FİNCA Azerbaijan”ın aktivləri 8 milyon 203 min manat olub ki, bu da illik müqayisədə 6 dəfə azdır. Bunun 3 milyon 32 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə BOKT-un kredit portfeli 9,4 dəfə kiçilib.

Hesabat dövründə “FİNCA Azerbaijan”ın öhdəlikləri 6,4 dəfə azalaraq 8 milyon 684 min manata, balans kapitalındakı çatışmazlıq isə 13,75 dəfə azalaraq 481 min manata düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)