Sosial iqtisadiyyat

Neft Fondunun yeni İcraçı direktoru bu tapşırıqları aldı

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun İcraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib.

“Bu il Fondun vəsaiti 10 faiz artıb və ilin axırına 42,5 milyard dollar həcmində gözlənilir. Qeyd etdiyiniz kimi, Fondun tarixində investisiya gəlirləri ilk dəfə olaraq 1,8 milyard dolları keçib. Bir daha Sizi əmin etmək istərdim ki, Fondun investisiya portfelinin daha da şaxələndirilməsi və risklərin azaldılması istiqamətində əlimdən gələni əsirgəməyəcəyəm”.

ENA” xəbər verir ki, bunu Neft Fondunun yeni İcraçı direktoru İsrafil Məmmədov bildirib.  

Azərbaycan Prezidenti bildirib ki, həyat yerində durmur, yeni alətlər meydana çıxır, yeni sərmayə yerləri maraq doğurur: “Ona görə siz bu sahədə də çox çevik siyasət aparmalısınız. İndi dünyada iqtisadi inkişaf qeyri-bərabər şəkildə gedir. Bəzi ölkələrin iqtisadiyyatı daha böyük inkişafla artır. Ona görə biz çox çevik siyasət aparmaqla daha çox gəlir əldə etmək üçün ancaq azriskli aktivlərə fikir verməliyik.

İndi Fondun komandası da çox təcrübəlidir, uzun illərdir ki, işləyir. Siz də on ildən çoxdur ki, müavin vəzifəsində işləyirsiniz. Əminəm ki, müsbət dinamika davam etdiriləcəkdir. Sizi təbrik edirəm və uğurlar arzulayıram”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)