Milli Məclis hansı hallarda buraxılır?
Bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclasında Milli Məclisin buraxılmasına dair qərar qəbul olunub.
Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.
ENA.az xəbər verir ki, Konstitusiyanın 98-1-ci maddəsində Milli Məclisin buraxılması proseduru ilə bağlı müddəa öz əksini tapıb.
Qeyd olunub ki, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Prezident Milli Məclisi buraxır.
Növbədənkənar seçkilərdə seçilən Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.
Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan parlamentinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.