Avropanın ən zəngin adamı bir mağazaya $1 mlrd. xərcləyərək, “istehlak məbədi” ni yaratdı
“Dior” və “Louis Vuitton” adlı şirkətlərin sahibi olan Bernard Arnault, Parisin mərkəzində yerləşən mağazanın satın alınmasına və təmirinə 1 milyard dollardan çox pul xərcləyib. Milyarderin “Amazon” ola-ola “istehlak məbədi” ni yaratmaqda məqsədi nədir?
Parisin mərkəzində – Luvr ilə qonşuluqda yerləşən “La Samaritaine” mağazası fəaliyyətini aprel ayında bərpa edəcək. Qeyd edildiyi kimi, mağazanın içi 19-cu əsrin üslubunda bəzədiləcək.
Bu gün alıcılar internet mağazalarda alış-veriş etməyi üstün tuturlar və bu, sahibkarların offlayn şəbəkələrini bağlamağa məcbur edir. “Bloomberg” in fikrincə, bunun bariz nümunəsi Amerikanın “Macy’s” və Britaniyanın “House of Fraser” mağazalar şəbəkəsidir.
Çinə bahis etmək
“LVMH” qeyd edir ki, parisliləri mağazada eksklüziv geyim, tanınmış brendlər və geniş çeşidli restoranlar şəbəkəsi gözləyir. Buna baxmayaraq, “Bloomberg”-in verdiyi məlumata görə. “La Samaritaine” nin hədəf auditoriyası çinli turistlər olacaq. ABŞ və Çin arasında gedən ticarət müharibəsinə baxmayaraq, çinlilər yenə də “LVMH” brendlərinin pərəstişkarları olaraq qalırlar və bu, lüks sənayenin inkişafına kömək edir.
Qeyd edildiyi kimi, “La Samaritaine” in hədəfi əsasən zəngin turistlərdir. Belə ki, təmir işlərindən sonra univermaqın alış-veriş üçün nəzərdə tutulmuş sahəsi iki dəfə azaldılacaq. Boş yeri beşulduzlu “Cheval Blanc” oteli, restoranlar, ofislər və Spa-salonlar tutacaq. Riteyler ildə bir neçə milyon ziyarətçi cəlb etməyi planlaşdırır, univermaqda 600-dən çox brend təqdim ediləcək.
Xatırladaq ki, avqust ayında “McKinsey” şirkəti “The Chinese Luxury Consumer” məruzəsində lüks malların alışına görə çinlilərin liderlik etdiyini söyləmişdir. “Bain” şirkətinin proqnozlarına görə, 2025-ci ilə qədər lüks malların alışının ən az 45%-i Çin vətəndaşlarının payına düşəcək.