Abşeronda işıq olmayacaq
Bu gün saat 12:00-dan 15:00-a qədər Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinə elektrik enerjisinin verilməsində fasilə yaranacaq.
Bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, fasiləyə səbəb 35/6 kVt-luq yarımstansiyada aparılan yenidənqurma işləridir.
"Azərişıq" rəsmisi yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib.