Sosial iqtisadiyyat

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni təyinat olub.

ENA.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, baş leytenant Məmmədov Vüqar Tapdıq oğlu Qazax Rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib. 

V.Məmmədov bu vəzifədə polis mayoru Həsənov Eldəniz Maksim oğlunu əvəz edib. 

Qeyd edək ki, E.Həsənov bir müddət əvvəl Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Şöbəsinə rəis təyin olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)