Qeyri-Bank

“Finans Lizinq”in sədri işdən çıxıb

“Finans Lizinq” ASC-nin İdarə Heyətinin sədri Rabil Məmmədov işdən çıxıb.

Bu barədə şirkətə istinadən xəbər verilir. Məlumata görə, onu müvəqqəti olaraq Müşahidə Şurasının sədri Elxan Həşimov əvəz edir.

Xatırladaq ki, “Finans Lizinq” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,2 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Tokay Şıxəlizadəyə, 18,4%-i Murğuz Tağıyevə, 16,5%-i Azad Cəbrayılova, 12%-i Sevda İbrahimovaya, yenə də 12%-i Mobil Şərifova, 8%-i Tahir Namazova, 4,5%-i Tofiq Cəfərova, 3,1%-i Azər Hacıyevə, 2%-i Elçin Tağıyevə, 1,7%-i Zakir Zeynalova, 1,5%-i Anar Bağırova, 1%-i Anar Aslanova, 0,3%-i isə Zülfüqar Niftiyevə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)