Sosial iqtisadiyyat

Bakı-Gəncə istiqamətində əlavə qatar təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək üçün əlavə qatar təyin edib.

"ENA" quruma istinadən xəbər verir ki, noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 8:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.

Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə hərəkət edəcək. Saat 8:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq.

Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department