Bu rayona yeni rəis təyin edildi

Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.
ENA.az xəbər verir ki, bununla bağlı fövqaladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Bu vəzifə mayor Ruslan Mehtiyevə həvalə olunub.
Qeyd edək ki, o, buna qədər müavin vəzifəsində çalışıb.