Elm və Texnologiya

Elm və Təhsil Nazirliyində yeni təyinat olub

Elm və Təhsil Nazirliyində yeni təyinat olub. 

Məlumata görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Xəqani Qurbanov Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

O, Bakı Slavyan Universitetinin “Filologiya” ixtisası üzrə bakalavr təhsili alıb. 2001-2016-cı illərdə Kürdəmir rayon ümumi təhsil müəssisələrində müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, direktor, rayon təhsil şöbəsində metodist, aparıcı məsləhətçi, müdir vəzifələrində çalışıb. 

2016-cı ildən Daxili nəzarət şöbəsində baş mütəxəssis, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində işləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)