Sosial iqtisadiyyat

Dövlət Gömrük Komitəsinin 17 normativ hüquqi aktları ləğv edilib – SİYAHI

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyanın sədri Şahin Bağırov bəzi normativ hüquqi aktlarının ləğv edilməsi haqqında qərar qəbul edib.

ENA.az xəbər verir ki, qərar keçən ilin dekabrında qəbul edilib.

Ləğv edilən sənədlər arasında 1997-2014-cü illərdə qəbul olunmuş müxtəlif əmrlər və əsasnamələr yer alır. Bu sənədlər gömrük bəyannamələri, gömrük rəsmiləşdirilməsi, gömrük dəyərinin bəyan edilməsi, təkrar idxal rejimi və müsadirə edilmiş malların idarə olunması ilə bağlı qaydaları əhatə edir.

DGK-nin ləğv edilən normativ hüquqi aktları aşağıdakılardır:

  1. “Dövrü Gömrük Bəyannaməsinin verilməsi, tətbiqi və sənədləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1997-ci il 22 dekabr tarixli 1095 nömrəliəmri;
  2. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində bankların və digər kredit təşkilatlarının reyestrə salınma haqqında müraciətlərinə baxılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1997-ci il 25 dekabr tarixli 1103 nömrəliəmri;
  3. “Gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri haqqında Əsasnamə”nin və bəyannamə formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1997-ci il 25 dekabr tarixli 1106 nömrəli əmri;
  4. “Fiziki şəxs olan qeyri-rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1998-ci il 3 iyul tarixli 029 nömrəliəmri;
  5. “Azərbaycan Respublikasının gömrük ərazisinə bilavasitə təkrar ixrac üçün gətirilmiş və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1998-ci il 24 iyul tarixli 034 nömrəliəmri;
  6. “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1998-ci il 11 noyabr tarixli 065 nömrəliəmri;
  7. “Malların təkrar idxalı gömrük rejimi haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1999-cu il 10 fevral tarixli 008 nömrəliəmri;
  8. “Hava gəmilərinin istismarı üçün zəruri olan yanacaq-sürtkü materiallarının gömrük rəsmiləşdirilməsi haqqında” Metodiki göstərişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1999-cu il 20 aprel tarixli 026 nömrəliəmri;
  9. “Müsadirə edilmiş və dövlət mülkiyyətinə keçirilmiş malların, nəqliyyat vasitələrinin və digər əşyaların qəbulu, uçotu, qiymətləndirilməsi, satışı (təhvil verilməsi) və məhv edilməsinin təşkili barədə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2000-ci il 12 aprel tarixli 028 nömrəliəmri (6-cı hissə istisna olmaqla);
  10. Azərbaycan Respublikası ərazisinə gətirilən mallara əlavə dəyər vergisinin tətbiq edilməsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1997-ci il 25 dekabr tarixli 1101 nömrəli əmri (3-cü hissə istisna olmaqla);

“Yük gömrük bəyannamələrinin doldurulması Qaydaları”na dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 may 2000-ci il tarixli 039 nömrəli əmri (2-ci hissə istisna olmaqla);

  1. “Malların və nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük müşayiəti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2001-ci il 29 noyabr tarixli 108 nömrəliəmri;
  2. “Gömrük daşıyıcısı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2002-ci il 28 fevral tarixli 019 nömrəliəmri;
  3. “Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarətinin həyata keçirilməsinin nümunəvi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2002-ci il 6 sentyabr tarixli 062 nömrəliəmri;
  4. Dövlətlərarası sərnişin daşımalarını həyata keçirən qatarların vaqon restoranlarında aparılan və gətirilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2002-ci il 15 noyabr tarixli 080 nömrəliəmri;
  5. Malların gömrük rüsumlarından və vergilərdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma kodlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2010-cu il 30 dekabr tarixli 138 nömrəliəmri (3-cü hissə istisna olmaqla);
  6. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2014-cü il 3 noyabr tarixli 100/002 nömrəliQərarı.
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)