Tanınmış Bank ekspertinə elektron pul təşkilatında vəzifə verildi

Tanınmış bank eksperti Emin Kərimov “Cüzdan” MMC-də “Daxili nəzarət və komplayens şöbəsi”nə rəhbər təyin edilib.
“Cüzdan” MMC innovativ fintech sahəsində Mərkəzi Bankın lisenziyası ilə fəaliyyət göstərən elektron pul təşkilatıdır.
Emin Kərimov bundan əvvəl Dövlət Məşğulluq Agentliyində şöbə müdiri, “Kapital Bank” ASC və “Unibank KB” ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. Bakalavr pilləsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistr pilləsi üzrə isə “Qərb” universitetində ali təhsil almışdır.