"Azərbaycan Dəmir Yolları" ilə sərnişin daşınması 12 % artıb

Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,4 milyondan çox sərnişin daşıyıb.
ADY-nin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.
O cümlədən, son 1 ildə qatarla səfər edən xarici turistlərin sayı 38 % artaraq 3 763 olub.