Sənaye Korporasiyası törəmələrinin inkişaf strategiyası hazırlanacaq
![](https://ena.az/uploads/news/2019-11/_ena_7dceaab09e25c056ca67896a0_o.jpg)
2020-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibinə daxil olan törəmə müəssisələrin inkişaf strategiyasının hazırlanması nəzərdə tutulur.
Bu barədə Korporasiyanın baş direktoru Kamran Nəbizadə deyib.
“Bu istiqamətdə ciddi iş aparılır. ASC-nin tərkibinə bir sıra sahələrdə fəaliyyət göstərən müəssisələr daxildir. Bu strategiya müxtəlif istiqamətlər üzrə hazırlanacaq və hökumətə təqdim olunacaq”, - deyə K.Nəbizadə qeyd edib.