Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirib
Baş Nazir Əli Əsədov “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarında dəyişiklik edib.
Qərarla “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda “Geofizika mühəndisliyi” ixtisasının adı dəyişdirilərək “Geologiya və geofizika mühəndisliyi” adı ilə əvəzlənib.
Qeyd edək ki, Ə.Əsədovun dəyişiklik etdiyi qərarı bu il fevralın 11-də həmin vaxt Baş Nazir olan Novruz Məmmədov təsdiqləmişdi.