Azərbaycanda 60 faizə qədər tibb müəssisəsi publik hüquqi şəxsə çevrilib
"Azərbaycanda qızılcanın eliminasiyası (ləğvi) istiqamətində işlər aparılır".
"ENA" xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, ötən illər qızılcaya yoluxma sayı bir qədər artmışdı: "Bu istiqamətdə Səhiyyə Nazirliyi lazımi addımları atıb və proses bu gün də davam edir. Vaxtilə Azərbaycanda malyariya pik nöqtədə olsa da, onun da qarşısı alındı. Artıq Azərbaycanda bu xəstəlik yoxdur".
E.Ağayev vurğulayıb ki, tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması ilə bağlı ciddi işlər görülür: "Bakı və regionlar da daxil olmaqla 60 faizə qədər tibb müəssisəsi publik hüquqi şəxsə çevrilib və bu istiqamətdə işlər davam etdirilir".