Sosial iqtisadiyyat

Parlamentdə 25 milyard manatlıq sənədin müzakirəsi başlanılır

Bu gün Milli Məclisdə 2020-ci ilin dövlət büdcə layihəsi ilə bağlı müzakirələr başlayır.

ENA.az xəbər verir ki, müzakirələr Milli Məclisin komitələrində başlayacaq. Müzakirələr noyabrın 7-inə qədər davam edəcək.

Müzakirələrə Milli Məclisin komitələrində start veriləcək.

Komitələrdə büdcə müzakirələri noyabrın 5-7-si tarixlərində davam edəcək.

Daha sonra 2020-ci ilin büdcə zərfinin parlamentin plenar iclasında müzakirəsi keçiriləcək.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Eləcə də bax: Azərbaycanda gələn il əməkhaqqı və pensiyaların yenidən artırılması gözlənilir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department