Mərkəzi Bank ötən ay valyuta ehtiyatlarını 100 milyon dollardan çox artırıb
![](https://ena.az/uploads/news/2019-11/_ena_43315076d46e4643ae83b8fed_o.jpg)
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il noyabrın 1-nə 6 144,7 milyon ABŞ dolları təşkil edib.
“ENA” quruma istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 110,6 milyon dollar və yaxud 1,8% çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 519 milyon dollar və yaxud 9,2%, son 1 ildə isə 608,3 milyon dollar və yaxud 11% artıb.