Aqrar

Nazirlik rəsmisi: “Aqrar sahə üzrə kadr çatışmazlığından əziyyət çəkirik”

"Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) aqrar sahə üzrə kadr çatışmazlığından əziyyət çəkir".

Bunu açıqlmasında qurumun sədr müavini Yaqub Cəfərov bildirib.

"Bu, bütün ölkədə problemdir. SSRİ dağıldıqdan sonra kənd təsərrüfatı üzrə ixtisaslara yiyələnmək istəyən gənclərin sayı azalıb. Gənclər aqronom, baytar, mexanizator, aqrar iqtisadçı kimi ixtisaslara daha az üz tuturlar. Hazırda kimyaçıları, bioloqları aqrar sahəyə cəlb edirik. Onların təkrar hazırlığı ilə məşğul olaraq, özümüz üçün lazımı kadrlar  hazırlayırıq", - nazirlik rəsmisi qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)