Prezident Qəbələyə pul ayırdı - SƏRƏNCAM
![](https://ena.az/uploads/news/2019-10/_ena_e6ca122f7a739b79ac12e3508_o.jpg)
Prezident İlham Əliyev "Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında" sərəncam imzalayıb.
"ENA" xəbər verir ki, sərəncamla Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.