Azərbaycanda kredit yarmarkaları keçiriləcək
Biznes kreditlərinin təşviqi məqsədilə banklar tərəfindən kredit yarmarkaları keçiriləcək.
ENA.az xəbər verir ki, bu bardə Maliyyə Bazarlarına Nəzarət Palatasında banklar ilə keçirilmiş görüşdə qərar verilib.
İclasda, bankların strateji planlarının yenidən gözdən keçirilməsi və qısa müddətdə təkliflərin Palataya təqdim olunması qərara alınıb, biznes kreditlərinin təşviqi məqsədilə banklar tərəfindən kredit yarmarkalarının keçirilməsi məqsədəuyğun hesab edilib. Əlavə olaraq, problemin həlli istiqamətində Palata tərəfindən bir sıra normativ xarakterli aktlara dəyişiklik ediləcəyi və dövlətin iqtisadi blokunu təmsil edən strukturlarla kommunikasiya şəklində məsələyə kompleks yanaşmanın tətbiq ediləcəyi vurğulanıb.