Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə keçirilən seçkilər başa çatıb.
“ENA” xəbər verir ki, AMEA-nın akademikləri və müxbir üzvlərinin iştirakı ilə keçirilən səsvermədə Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq ediilib.