Gələn il neftin qiyməti 5 dollar azalacaq - PROQNOZ
Azərbaycan hökuməti gələn il dünya bazarında neftin qiymətinin azalacağını proqnozlaşdırır.
ENA.az xəbər verir ki, bu barədə 2020-ci ilin büdcə zərfində qeyd edilib.
Proqnoza əsasən, 2020-ci ildə dünya bazarında neftin qiyməti 2019-cu ilin proqnozundan 5 dollar azalaraq 55 dollar/barel olacaq.
Proqnoza görə, 2021-2022-2023-cü illərdə də neftin dünya bazarında orta qiyməti 55 dollar/barel təşkil edəcək.
Qeyd edək ki, 2018-ci ildə neftin orta qiyməti 71,1 dollar/barel olub. 2019-cu il üzrə proqnoz isə 60 dollar/barel təşkil edir.