Deputatların əmək haqqı artırıldı - MƏBLƏĞ MƏLUM OLDU

Gələn il üçün Milli Məclis deputatlarının əmək haqqı və parlamentin ezamiyyə xərclərinə ayrılan vəsaitin məbləği məlum olub.
ENA.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində bildirilib.
Eləcə də bax: Azərbaycanın yaşı 70-dən çox olan yüksək vəzifəli məmurları - SİYAHI
Sənəddə qeyd edilib ki, Milli Məclis deputatlarının əmək haqqı – 5 milyon 376 min 720 manat, deputat köməkçilərinin əmək haqqı – 2 milyon 250 min manat, ezamiyyə xərclərinə isə 1 milyon, 830 min manat vəsait ayrılacaq.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.
Eləcə də bax: Azərbaycanda yaşayış minimumu 10 manat artırıldı
Eləcə də bax: 2020-ci ildən elektron vergi hesab-fakturası - LƏĞV OLUNUR