Daha 2 sənaye zonasının təşkili barədə təkliflər hazırlanır
Hazırda ölkənin digər bölgələrində də sənaye zonalarının yaradılması ilə bağlı araşdırma və təhlillər aparılır.
Oktyabrın 18-də İqtisadiyyat Nazirliyində keçirilmiş geniş kollegiya iclasında bildirilib ki, bu ilin sonunadək bölgələrdə daha 2 sənaye zonasının (sənaye parkı və ya məhəlləsi) təşkili barədə təkliflər aidiyyəti üzrə təqdim ediləcəkdir.