Bank

İri dövlət şirkətlərinin borcları dayanıqlığına mənfi təsir göstərə bilər - RƏSMİ

 Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində bildirilib  ki, ortamüddətli dövrdə qarşılaşa biləcək fiskal risk amillrindən biri ölkənin maliyyə-bank sisteminin ölkə iqtisadiyyatının kreditləşməsində zəif iştirakı və maliyyə-bank sisteminin bəzi seqmentlərində kövrəkliyin qalmasıdır.

Belə ki, bankların iqtisadiyyatda özəl investisyaların maliyyələşdirilməsinə rolu hələ də məhduddur və ümumi kreditləşmədə yüksək faizli istehlak kreditlərinin xüsusi çəkisi artmaqda davam etməkdədir.

Qeyd edilib ki, investisiya kreditəşməsinin məhdud həcmi ölkənin qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərməklə, bu sektordan olan büdcə daxilolmalarını azalda bilər: "Digər tərəfdən, məlum olduğu kimi, cari ildə “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq dəyişiklik edilərək, əmanətlərin tam sığortalanması daha bir il müddətinə uzadılıb. Bununla əlaqədar, maliyyə-bank sistemində yarana biləcək öhdəliklər dövlət büdcəsi qarşısında əlavə maliyyə yükü yarada bilər.

İri dövlət şirkətlərinin birbaşa və dövlət təminatlı borcları ortamüddətli dövrdə büdcə dayanıqlığına təsir edəcək risk amili olaraq qalmaqdadır. Xüsusilə bir sıra dövlət şirkətlərinin gəlirlərinin azalması və zərərlə fəaliyyət göstərməsi fonunda bu şərti öhdəliklərininin materializasiyası büdcəyə əlavə maliyyə yükü gətirməklə həm büdcə, həm də borc dayanıqlığına mənfi təsir göstərə bilər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)