Azərbaycanda arıçılıq təsərrüfatları sığortalanacaq

Aqrar Sığorta Fondu çox ehtiyatla mərhələli şəkildə böyüyür. 2025-ci il üçün fəaliyyət planlarımızda arıçılıq təsərrüfatlarının sığortalanması var.
Bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bu gün “Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, ümumiyyətlə, bitkiçilik məhsulları üzrə sığortada 41 bitkidən daha çox saya nail olmağı hədəflənir.
Sədr bütün bunların mərhələli şəkildə ediləcəyini bildirib və qeyd edib ki, bu minvalla təlimlər keçiriləcək.