Kreditləşmədə kommersiya banklarının payı azalır - 5 İLLİK TENDENSİYA

Azərbaycanda verilən kreditlərin 69,4 faizi özəl bankların payına düşür və bu, 2019-cu ildən bəri ən aşağı göstəricidir.
ENA.az xəbər verir ki, kreditlər üzrə dövlət banklarının aktivləşməsi nəticəsində onların ümumi portfeldə xüsusi çəkisi artmaqda davam edir və 2024-cü ilin sonuna 24.4 faizə yüksəlib. Qeyd edək ki, 2019-cu ildə kredit portfelində dövlət banklarının xüsusi çəkisi 16,7 faiz idi.
Xatırladaq ki, ölkəmizdə ümumilikdə kredit portfelinin həcmi 29 milyard 288 milyon manatdır. Bunun 7 milyardı dövlət bankları, 20 milyardı kommersiya bankları tərəfindən verilib. Kredit portfelinin 2 milyarda yaxını isə BOKT-ların payına düşüb, halbuki, 2019-cu ildə bu rəqəm 397 milyon manat idi.
Məbləğ milyon manatla göstərilib.