Gündəm

Kreml nadir torpaqlar üzrə ABŞ-la əməkdaşlığa başlamaq şərtlərini açıqlayıb

Rusiya ilə ABŞ arasında nadir torpaq elementləri üzrə əməkdaşlıq yalnız münasibətlərin normallaşmasından və Ukrayna nizamlanmasından sonra başlaya bilər.

Məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında bildirib.

“Dövlət başçılarının dialoqu bərpa etmək üçün siyasi iradəsi ortaya çıxdı. Bu, ilk növbədə Ukrayna böhranının həlli məsələsidir. İndi dövlət başçılarının dialoqu bərpa etmək üçün siyasi iradəsi nümayiş etdirilib. Növbəti gündəm Ukrayna böhranının həllidir. Və yalnız bundan sonra ticarət-iqtisadi layihələrə baxılır. Amerikalıların nadir torpaq metallarına ehtiyacı var. Bizdə onlardan çoxu var. Geniş perspektivlər açılır. Vaxt gələndə açıq olacağıq", - D.Peskov vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)