"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri hansı sektorlardadır?

"Ziraat Bank Azərbaycan"ın problemli kreditlərində də ticarət sektoru liderdir. Türkiyənin dövlət bankının ölkəmizdəki törəməsi daha çox idxal-ixrac əməliyyatlarında iştirak etməsi ilə yanaşı, digər sektorların kreditləşməsində də iştirak edir.
ENA.az xəbər verir ki, banka əsas məbləğ üzrə borc 472 milyon 205,11 min manatdır. Ümumilikdə bank tərərfindən müştərilərə verilən kreditlərin həcmi 529 milyon 713 min manatdır. Bu vəsaitin 38 milyon 644 min manatı vaxtı keçmiş kreditlərdir. Bu isə o deməkdir ki, kreditlərin 7,2%-inin ödəmə müddəti keçib və problemlidir. Vaxtıkeçmiş kreditlərin 37 milyon 660,76 min manatı özəl təsərrüfat cəmiyyətlərinə və hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilmiş kreditlərdir. Gecikən borclular əsasən ticarət - 10 milyon 847,29 min manat və xidmət sahələridir - 10 milyon 650,04 min manat.
Sənaye sektorunda 9 milyon 474,4 min manat, kənd təsərrüfatında 4 milyon 344,07 min manat, tikintidə 2 milyon 344,90 min manat, əhalidə 983 min manat gecikmiş borclar var.