Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 30% azalıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 25,244 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% çoxdur.
9 aylıq xarici ticarət dövriyyəsinin 14,866 milyard dolları ixracın, 10,378 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,1%, idxal isə 31,3% artıb.
Son nəticədə xarici ticarətdə 4,488 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 29,55% azdır.