“Nikoyl Bank” bu ilin ilk 9 ayını əməliyyat mənfəəti ilə başa vurub
“Nikoyl Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 12,268 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.
“Ena.az” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
9 ay ərzində “Nikoyl Bank”ın gəlirləri 48,039 milyon manat, xərcləri isə 35,771 milyon manat təşkil edib.
Bu il oktyabrın 1-nə “Nikoyl Bank”ın aktivləri 446,986 milyon manat olub. Bunun 245,532 milyon manatı müştərilərə verilmiş kreditlərdir.
Hesabat tarixinə Bankın öhdəlikləri 381,959 milyon manat, o cümlədən depozit portfeli 280,725 milyon manat, balans kapitalı isə 65,027 milyon manat, o cümlədən nizamnamə kapitalı 348 milyon manat təşkil edib.
Xatırladaq ki,“Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb. Bankın səhmlərinin 95,68%-i "Topaz Investment” QSC-yə, 4,22%-i Marina Kulişovaya (adı çəkilən şirkətin direktoru), 0,1%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.