Pakistanla Azərbaycan arasında birbaşa aviareyslər açılacaq

2020-ci ildə Pakistanla Azərbaycan arasında birbaşa aviareyslərin açılması gözlənilir.
Bunu “Azerbaijan Tourism Board”ın icraçı direktoru Florain Senqstşmidt Kəraçi Ekspo Mərkəzində çıxış edərkən deyib.
Onun sözlərinə görə, 2018-ci ildə Pakistandan Azərbaycana 40 min turist səfər edib və cari il ərzində bu rəqəm 13% artıb: “Ölkələr arasında Lahor-Bakı-Lahor və Kəraçi-Bakı-Kəraçi birbaşa uçuşlarının açılmasından sonra turist axınının təqribən 50-60% artacağı gözlənilir”.
F. Senqstşmidt həmçinin qeyd edib ki, birbaşa reyslərin açılmasına dair “Pakistan Hava Yolları” ilə “Azərbaycan Hava Yolları” (AZAL) arasında məsləhətləşmələr aparılıb: Azərbaycanla Pakistan arasındakı dost və mehriban münasibətlərdən söhbət açan icraçı direktor Azərbaycanda pakistanlı turistlər üçün vizanın elektron qaydada bir neçə saat ərzində verilmə imkanının olduğunu qeyd edib.