Ləğv prosesində olan banklarda pulu qalanların nəzərinə - ÖDƏNİŞ BAŞLAYIR, TARİX
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Atra Bank”, “Royal Bank”, “Kredo Bank”, “Zamin Bank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, "Yunayted Kredit Bank", "Texnika Bank", "Dəmir Bank" və "Gəncə Bank" ASC-lərin, eləcə də "Bank Standard" QSC-nin kreditorlarına müraciət edib.
ENA.az -nın məlumatına görə müraciətdə bildirilir ki, bu banklarda 17 min manata qədər qorunmayan əmanətlərin qaytarılmasına "Kapital Bank” ASC vasitəsilə oktyabrın 16-da başlanılacaq.
Kreditorların tələblərinin ödənilməsi ilə bağlı sözügedən bankın filial şəbəkəsi və lazımi sənədlər barədə əlavə məlumat veriləcək.